• Bakı 16° C

    10.6 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

Bakıda “Bilim Maarif” atelyesinin açılış mərasimi keçirilib

CƏMİYYƏT

14 May 2025 | 15:11

Bakıda “Bilim Maarif” atelyesinin açılış mərasimi keçirilib

Türkiyə Maarif Vəqfi və “T3 Vəqfi”nin ortaq əməkdaşlığı ilə Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin “Gənclik kampusu”nda yaradılmış “Bilim Maarif” atelyesinin açılış mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Türkiyə Texnologiya Komandası Fondunun (T3 Fondu) direktorlar şurasının sədri Elvan Kuzucu və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə məktəbin “Texnofest" komandasının hazırladığı robotexnika vasitələrilə tanışlıq olub.

Ardınca qonaqlar təəssüratlarını bölüşüblər.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün atelyenin açılışını davamlı çalışqanlığın nəticəsi adlandırıb.

Səfir uşaqların gələcək fəaliyyəti və inkişafı üçün bu cür layihələrin vacibliyinə diqqət çəkib:

“Şübhəsiz, biz də bu uğura şahidlik etməkdən qürur duyuruq və bu kimi layihələrin davamlı olmasını diləyirik”.

Daha sonra uşaqların hazırladığı bədii hissə nümayiş olunub.


SON XƏBƏRLƏR