• Bakı 16° C

    9.49 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

Baş həkim: “Boşanma uşaqlar üçün uzunmüddətli psixoloji travmadır”

CƏMİYYƏT

14 May 2025 | 15:16

Baş həkim: “Boşanma uşaqlar üçün uzunmüddətli psixoloji travmadır”

”Boşanma uşaqların psixologiyasına dərin və uzunmüddətli təsir göstərən sosial hadisədir və bir sıra psixoloji problemlərin yaranmasına gətirib çıxardır”. 

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının Baş həkimi Leyla Bəşirova açıqlayıb.

Onun sözlərinə görə, bu, uşaqlar üçün böyük bir psixoloji travmadır:

“Bunun nəticəsində uşaqlarda özünəgüvən hissi aşağı düşür, özünəqapanma, özünü günahlandırma müşahidə edilir. Uşaqlarda ana-ata ayrılığının yaratdığı stres, ümumilikdə ayrılığın sonrakı ilk günlərindən deyil, daha sonrakı vaxtlarda ortaya çıxır. Hətta bu travma illər sonra da davam edə bilər”.

L.Bəşirova bildirib ki, uşaqları bu gərginlikdən uzaq tutmaq, psixologiyalarına mənfi təsiri azaltmaq üçün ilk növbədə valideynlər uşaqları ilə söhbətlər aparmalıdır:

“Boşanmada onların günahı olmadığını izah etməli və hər iki valideynin onları sevməyə davam edəcəyini aydın şəkildə bildirməlidilər. Valideynlərin münaqişədən qaçması, uşaqları mübahisələrin mərkəzinə yerləşdirməməsi, valideynlərin bir-biri ilə sağlam ünsiyyət qurması boşanma prossesində uşaqların emosional dayanıqlığını təmin edə bilər”.


SON XƏBƏRLƏR