• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Mən burdayamsa, digər şəriklər də burada olmalıdır"- "İdeal” mağazalarının həbsdəki sahibi

HADİSƏ

24 May 2021 | 17:09

"Mən burdayamsa, digər şəriklər də burada olmalıdır"- "İdeal” mağazalarının həbsdəki sahibi

"İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilib.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, onun himayəsində iki yetkinlik yaşına çatmayan övladı var. Ali təhsillidir və əvvəllər məhkumluq həyatı yaşamayıb.

Daha sonra İlqar İsmayılovun vəkilləri vəsatət verərək məhkəmə prosesinin audio yazı vasitəsi ilə aparılmasını istəyiblər.

İttihama görə, o, 680 min manat mənimsəmdə ittiham olunub. İlqar İsmayılovun qeyd edilən məbləği şirkətin kassasından məxaric etməsi ilə bağlı qəbz var.

"Amma bizim şirkətə mədaxil qəbzlərimiz də var. Lakin istintaq zamanı həmin mədaxil qəbzləri qəbul edilmədi",- deyən vəkil İlqar İsmayılov tərəfindən şirkətin kassasına edilən mədaxil qəbzlərini məhkəməyə təqdim edib.

Müdafiəçi həmin qəbzlərin maddi sübut kimi cinayət işi materiallarına əlavə edilməsini istəyib.

Məlum olub ki, şirkətdən 680 min manat məxaric etməkdə ittiham olunan İlqar İsmayılov şirkətə milyonlarla manat vəsait mədaxil edib.

İlqar İsmayılovun vəkilləri məhkəməyə daha bir vəsatət verib.

"Bir şəxsə eyni ittihamla təkrar ittiham irəli sürülə bilməz. İlqar İsmayılov barəsində eyni ittihamla- 2017-ci ildə mənimsəmə ittihamı ilə cinayət işi açılıb. Sonra da həmin işə xitam verilib. Şirkətin də rəyi var ki, araşdırmalarla hər hansı kənarlaşdırma müəyyən edilməyib. Amma indi kənarlaşma neçə müəyyən edilib? Biz də vəsatət verərək həmin xitam verilən işlə tanış olmaq istədik. Amma bizə gülməli cavab gəldi ki, İlqar İsmayılov işlə tanış olub. İndi həmin işlə tanış olmağımızın təyin edilməsini istəyirik",- deyə vəkillər vəsatətə qeyd edib.

Növbəti vəsatət isə İlqar İsmayılov barəsində cinayət işinə xitam verilməsini istəyib. Vəsatətdə də qeyd edilib ki, seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək İlqar İsmayılov azadlığa buraxılsın.

Müdafiəçilər İlqar İsmayılovun səhhətində problem olduğunu və ölümlə üz-üzə qaldığını deyiblər.

Vəsatətləri münasibət bildirən İlqar İsmayılov özünü təqsirli bilməyib və deyib ki, şirkəti 1999-cu ildə yaradıb. Əgər təsisçi kimi həbsdədirsə, digər təsisçilər də həbs edilməlidir.

Məhkəmə vəsatətlərin heç birini təmin etməyib.

Məhkəmənin baxış iclası iyunun 7-nə təyin edilib.

Xatırladaq ki, İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manatlıq mənimsəmədə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb./musavat/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026