• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Mercedes" işıq dirəyinə çırpıldı, sürücü öldü

HADİSƏ

20 Dekabr 2021 | 08:50 | Müəllif: Qalib İbrahimoğlu

"Mercedes" işıq dirəyinə çırpıldı, sürücü öldü

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-n FHN-ə istinadən məlumatına görə. hadisə şəhərin Kərgəlan kəndində qeydə alınıb. FHN-nin  "112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Kərgəlan kəndində "Mercedes" markalı minik avtomobilinin yol kənarındakı işıq dirəyinə çırpılması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü 2000-ci il təvəllüdlü Rzayev Qadir Qəhrəman oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026