• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Mərkəzi Bank bahalı avtomobil aldı - FOTO

İQTİSADİYYAT

13 Dekabr 2021 | 10:28

Mərkəzi Bank bahalı avtomobil aldı - FOTO

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) yeni nəqliyyat vasitəsi alıb. 

Bakıvaxtı.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, AMB 73300.01 manat qiymətində “full” komplektasiyalı sedan tipli avtomobil alır.

Məlumata görə, Mərkəzi Bank 1 ədəd nəqliyyat vasitəsinin satın alınması Yaponiya avtomobil markası olan “Toyota”nın “Camry” model avtomobil alıb.

Qeyd edək ki, bir neçə il əvvəl hökumətin müşavirəsində prezident İlham Əliyev məmurlara Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsalı olan "NAZ Lifan" avtomobillərini almağı tövsiyə edib. Ölkə başçısı bildirib ki, bu avtomobillər heç də xarici maşınlardan bir o qədər də fərqlənmir.

Ramid İbrahimov


Mərkəzi Bank bahalı avtomobil aldı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR