• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Mərkəzi Bankın səlahiyyətləri artırıldı

CƏMİYYƏT

22 Dekabr 2023 | 17:14

Mərkəzi Bankın səlahiyyətləri artırıldı

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) səhmlərinin nominal dəyərinin artırılması və əlavə səhmlərin buraxılması qaydaları Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2005-ci il 18 iyun tarixli 106 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Bundan öncə QSC-nin səhmlərinin nominal dəyərinin artırılması və əlavə səhmlərin buraxılması qaydalarını Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyən edirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026