• Bakı 29° C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.167

Məşhur jurnalistə vəzifə verildi

CƏMİYYƏT

11 Oktyabr 2022 | 09:31

Məşhur jurnalistə vəzifə verildi

Jurnalist Ülviyyə Zülfiqar “Qərbi Azərbaycan İcması”nın mətbuat katibi təyin edilib.

Bu barədə Bakıvaxtı.az-a icmadan bildirilib.

Qeyd edək ki, Ü. Zülfiqar 2006-cı ildən 2021-ci ilədək “ATV Xəbər”də siyasi müxbir kimi fəaliyyət göstərib, analitik süjetlərin müəllifi olub. Azərbaycanda keçirilən iri həcmli idman yarışları zamanı ingilisdilli aparıcı kimi fəaliyyət göstərib.

2020-ci ildən etibarən ingilis dilli News.az agentliyinin baş redaktoru olaraq fəaliyyət göstərir.

2022-ci il avqustun 3-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” ictimai birliyinin ümumi yığıncağı zamanı səsvermə nəticəsində birliyin “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili) təsdiq olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyul 2026