“Gələn il ümumi daxili məhsulun (ÜDM) ən azı 3 faizini müdafiəyə həsr edəcəyik”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Polşanın baş naziri Mateusz Morawiecki bildirib.
Slovakiyanın baş naziri Eduard Heqerlə Polşada keçirilən “Puma-22” təlimini izləyən Moravyeski Mərkəzi Avropa ölkələrinin çəkindirmə və hərbi əməkdaşlığı artırdıqlarını bildirib.
Moravetski qeyd edib ki, gələn il Polşa hökuməti silahlı qüvvələrin modernləşdirilməsinə 100 milyard zlotidən (21,4 milyard dollar) çox vəsait xərcləyəcək ki, bu da 130 milyard zlotiyə çata bilər.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə departamentinin rəhbəri Oleq Tyapkin "Biz NATO-nun Polşada cəmləşməsinə laqeyd baxmayacağıq” bildirib.
Nuranə Daxilqızı
















