• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məşhur rejissor öldü - Filminin təqdimatını görmədi

MƏDƏNİYYƏT

23 Yanvar 2023 | 15:30 | Müəllif: Qalib İbrahimoğlu

Məşhur rejissor öldü - Filminin təqdimatını görmədi

“Qara Çörək” filminin rejissor və ssenarist Agusti Villaronqa vəfat edib.

Bakıvaxtı.az "Haber Global"a istinadla xəbər verir ki, bu barədə Kataloniya Kino Akademiyasından bildirilib

Məlumata görə, 14 aydır xərçənglə mübarizə aparan Villaronqa 69 yaşında dünyasını dəyişib.

"Bu səhər kinorejissor Agusti Villaronqa bizi tərk etdi. Onun istedadı, həssaslığı, toxunduğu hər şeyi və filmlərini sevmək qabiliyyəti bizimlə əbədi olaraq qalacaq", - deyə Kataloniya Kino Akademiyasının məlumatında qeyd olunur.

A.Villaronqa karyerası ərzində 3 Goya mükafatı qazanıb. O, 1990-cı ildə El nino de la luna üçün ən yaxşı orijinal ssenari mükafatını, 2011-ci ildə isə Pa Neqre üçün ən yaxşı uyğunlaşdırılmış ssenari və ən yaxşı rejissor mükafatlarını qazanıb.

Onun diqqətəlayiq filmləri arasında 2017-ci ildə çəkilmiş “Qeyri-müəyyən şöhrət”, 2015-ci ildə “Havana kralı” və 1986-cı ildə “Şüşə arxasında” filmləri var.

A.Villaronqa nın sondan əvvəlki filmi "El vientre del Mar" Moskva Beynəlxalq Film Festivalında “Ən yaxşı film” üzrə Tənqidçilər Mükafatını qazanıb. O, həmçinin Malaga Festivalının “Ən yaxşı İspan filmi” də daxil olmaqla 6 mükafat qazanıb.

Villaronqa son filminin nümayişini görmədən ölüb. Yaxın günlərdə “Loli Tormenta” filminin premyerası keçiriləcək.

Nuranə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026