“Bakı Tələbat Qabları” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb.
Bakıvaxtı.az xəbər verir ki, toplantıda yeni direktorun seçilməsi məsələsi müzakirə olunacaq.
Yığıncaq dekabrın 19-na təyin edilib.
Ümumi yığıncaqda səhmdarların iştirakı vacibdir.
Toplantı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 2578-ci məhəllə, 903-cü döngə olacaq.
Qeyd edək ki, “Bakı Tələbat Qabları” ASC-nin hazırkı direktoru Sadiq Kazımovdur.("Yeni Sabah")
Bakı 


