"28 May" stansiyasında qatarın vaqonlarından birində qapılardan biri bağlanmayıb. Təlimat tələbinə uyğun sərnişinlər boşaldılıb və qatara texniki baxış keçirilib”.
Bunu Bakıvaxtı.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
O, qeyd edib ki, vaqon qapısı ilə bağlı hər hansısa texniki nasazlıq aşkar olunmayıb: “Müvafiq qaydalara uyğun olaraq, qatar sərnişinsiz təkrar yoxlamaya cəlb olunub. Hazırda məsələnin sərnişin müdaxiləsi ilə əlaqədar olub-olmaması araşdırılır. Qatarda heç bir texniki problem olmadığı tam müəyyən olunub”.
Ramid İbrahimov
















