• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Metrodan istifadə edənlərin sayı ARTIB

CƏMİYYƏT

18 Aprel 2023 | 15:15

Metrodan istifadə edənlərin sayı ARTIB

Bu ilin yanvar-mart aylarında Bakı Metropoliteninin xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 15,4% artaraq 52 678,3 min nəfər olub.

Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə Bakı Metropoliteni 45 635,7 min sərnişin daşıyıb.

Xatırladaq ki, 2022-ci ildə Bakı Metropoliteni 208,7 mln. sərnişin daşıyıb ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur.

Qeyd edək ki, 1967-ci il noyabrın 6-sında istifadəyə verilməklə böyük inkişaf yoluna başlayan Bakı Metropoliteninin hazırda 26 stansiyası, 1 elektrik deposu və 38,8 kilometr uzunluğunda 3 xətti var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026