• Bakı C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.7943

    RUB - 1.5024

Metro sərnişinlərinin NƏZƏRİNƏ: Bu stansiya 2 ilə yaxın BAĞLI OLACAQ

CƏMİYYƏT

28 Noyabr 2024 | 14:20

Metro sərnişinlərinin NƏZƏRİNƏ: Bu stansiya 2 ilə yaxın BAĞLI OLACAQ

Xəbər verdiyimiz kimi, “Həzi Aslanov” stansiyasında qatarların dönmə kamerasının əsaslı təmiri və yenidən qurulması ilə əlaqədar noyabrın 30-dan Yaşıl və Qırmızı xətlərdə qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.

Bu barədə Bakıvaxtı.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Təmir müddətində xətlərdə hərəkətin təşkili, eləcə də “Həzi Aslanov” stansiyasının sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi məqsədilə digər texniki məsələlərlə bağlı bir sıra tədbirlər həyata keçirilib.

Qatarlar Qırmızı xətt üzrə (“İçərişəhər” stansiyasından) və Yaşıl xətt üzrə (“Dərnəgül” stansiyasından) “Əhmədli” stansiyasına qədər hərəkət edəcək.

Bəs təmirin nə vaxta qədər davam etməsi planlaşdırılıb?

Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, təmir işlərinin 1 il yarım-2 il ərzində bitməsi planlaşdırılır.

“Təmir işləri başlayandan sonra, yəni ilkin mərhələdə bunu daha dəqiq demək mümkün olacaq”.

Qeyd edək ki, “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən sərnişinlərin maraqları nəzərə alınaraq, dönmə kamerasında əsaslı təmir işləri başa çatana qədər stansiyanın sərnişindaşıma fəaliyyəti dayandırılmayacaq. Lakin bu stansiyadan qatarların hərəkəti yalnız “Əhmədli” stansiyasına və geri olmaqla təşkil olunacaq.

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarından qatarların hərəkət intervalı 10 dəqiqə olmaqla təşkil ediləcək.

Mina Mikayılova


SON XƏBƏRLƏR