• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Millət, neft-qazdan belə asılılıq faciədir - Ekspert

CƏMİYYƏT

17 Avqust 2022 | 15:50

Millət, neft-qazdan belə asılılıq faciədir - Ekspert

“2022-ci ilin ilk 7 ayı ərzində Azərbaycanın 22 milyard 565 milyon 90 min dollarlıq cəmi ixracının 92.55%-ni neft-qaz sektoruna daxil olan mallar formalaşdırıb. Millət, bu faciədir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

O qeyd edib ki, bunun adı "ölümü ertələməkdir":

“Neft-qazdan bu qədər asılılıq sonda hamımızın başında partlayacaq, məndən demək, özünüz bilərsiz. Ümumiyyətlə neft-qaz, qeyri-neft sektoru mənasız deyimlərdir - var resurs iqtisadiyyatı, bir də var real sektor, Azərbaycanda qızıl ixracatını da qeyri-neft sektoru sayırlar, belə mənasız tanımlama olmaz, qızıl da, neft də, digər metal filizlər də (emal edilmədən satılan) resurs iqtisadiyyatına aiddir".

Ekspert deyib ki, Azərbaycanın real sektorunun iqtisadi gücü zəif Afrika ölkələri səviyyəsindədir, neft-qazı çıxsaq makro-iqtisadi göstəricilərdə Gürcüstandan 2,5 dəfə geriyə düşərik.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026