• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Millimizin qol həsrətinə son: Nə yaxşı ki, Monteneqro var - TARİXƏ BAXIŞ

İDMAN

25 Fevral 2025 | 15:23 | Müəllif: Əli Hüseynov

Millimizin qol həsrətinə son: Nə yaxşı ki, Monteneqro var - TARİXƏ BAXIŞ

19 yaşadək qadınlardan ibarət Azərbaycan millisinin qol həsrəti sona çatıb.

Bakıvaxtı.az idman.biz-ə istinadla xəbər verir ki, Avropa çempionatlarının seçmə mərhələlərində ardıcıl 15 oyun qol vura bilməyən yığmamız tilsimi qırıb.

Həbib Ağayevin baş məşqçisi olduğu komanda 2024/25 mövsümünün II seçmə mərhələsinin son turunda fərqlənib. Monteneqro ilə görüşdə Aysel Ziyadova sevinib. O, millimizin 1:2 hesabı ilə uduzduğu qarşılaşmanın 66-cı dəqiqəsində bərabərlik qolu vursa da, xal qazanmaq mümkün olmayıb.

Yığmamız bunadək sonuncu dəfə 2022-ci il oktyabrın 4-də qol sevinci yaşamışdı. Maraqlıdır ki, komandamız onda da Monteneqroya 1:2 hesabı ilə uduzub. Həmin vaxt millimizi Edanur Mutlu sevindirib. O, 17-ci dəqiqədə hesabı açlb.

874 gündən sonra qol vuran yığma 1498 dəqiqəlik həsrətə son qoyub. Bu müddətdəki 15 oyundan qolsuz ayrılan millimiz 1 heç-heçə edən yığma 14 dəfə uduzub.

U-19-un (qadınlar) seçmə mərhələ oyunlarındakı qolsuz seriyası:
2022/23 mövsümü

04.10.2022. Monteneqro – 1:2
07.10.2022. Kipr – 0:4
10.10.2022. Xorvatiya – 0:1
08.04.2023. Monteneqro – 0:3
11.04.2023. Slovakiya – 0:4
2023/24 mövsümü
08.11.2023. Kosovo – 0:3
11.11.2023. Sloveniya – 0:9
14.11.2023. Moldova – 0:0
03.04.2024. Monteneqro – 0:4
06.04.2024. Bolqarıstan – 0:1
09.04.2024. Latviya – 0:4
2024/25 mövsümü
26.11.2024. İsveçrə - 0:8
29.11.2024. Estoniya – 0:3
02.12.2024. Kipr – 0:3
18.02.2025. Şimali İrlandiya – 0:4
21.02.2025. Albaniya – 0:4
24.02.2025. Monteneqro – 1:2

Qeyd edək ki, millimiz həm də son 9 görüşdə uduzub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR