• Bakı 22° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Milyarder proqramçı həbsxanada ÖLÜ TAPILDI

HADİSƏ

24 Iyun 2021 | 10:15

Milyarder proqramçı həbsxanada ÖLÜ TAPILDI

İspaniyada vergidən yayınma ittihamı ilə tutularaq ABŞ-a ekstradisiya edilən texnika dünyasının milyarderi John Mcafee həbsxanada ölü tapılıb. 

75 yaşlı amerikalı kompüter proqramçısının ölüm səbəbi məlum deyil. Mühafizəçilər səhər saatlarında Johnun cansız cəsədini həbsxana kamerasında tapıblar. Onun intihar etdiyi bildirilir. 

Antivirus istehsalçısı olan John Mcafee 2019-cu ildə ABŞ rəsmilərindən ölüm təhdidi aldığını bildirmişdi. Hətta o, bununla bağlı sağ qoluna döymə etdirərək: "Bir gün ölü tapılsam, bilin ki, öldürüldüm. Bunu anlamaq üçün sağ qoluma nəzər yetirin. ABŞ rəsmiləri məni ölümlə təhdid edir".

Belə ki, John ölümünü əvvəlcədən qeyd edərək, cinayətkarları cəzasız qalmamasını istəyib. Qeyd edək ki, amerikalı antivirus istehsalçısı olan John Mcafee məşhur kompüter bilicilərindən biri idi. O, bununla texnika dünyasının zəngin simalarından biri olub. /unikal/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR