• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Mina xəritələri niyə verilmir? - Ruslar Qarabağdakı insidentə hiddətlənir

GÜNDƏM

28 Aprel 2021 | 14:34

Mina xəritələri niyə verilmir? - Ruslar Qarabağdakı insidentə hiddətlənir

Qarabağda rusiyalı sülhməramlıların minaya düşməsi və iki nəfərin yaralanması barədə məlumat sosial şəbəkələrdə rusiyalı istifadəçilər tərəfindən hiddətlə qarşılanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, "Facebook" sosial şəbəkəsində yazan istifadiçələr Qarabağda minalanmış ərazilərin xəritəsinin verilməsini tələb edib.

İstifadəçilərdən biri yazıb: "Minaları kim yerləşdiribsə, onları önə buraxmaq lazımdır. Ondan sonra bizim uşaqlar getsin. Mina xəritələri mütləq verilməlidir!"

Digər istifadəçi isə yazıb ki, Ermənistan öz məsələsini özü həll etməlidir: "Niyə bizim uşaqlar kimlərəsə görə ölməlidir? Mina xəritələri niyə verilmir?"

Qeyd edək ki, bir neçə gün əvvəl rusiyalı sülhməramlıların olduğu yük maşınının minaya düşməsi barədə məlumatlar yayılmışdı. İki hərbçinin yaralandığı deyilirdi.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026