• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Minimum pensiyadakı artım kimləri əhatə edəcək?

CƏMİYYƏT

23 Yanvar 2023 | 13:05 | Müəllif: Qalib İbrahimoğlu

Minimum pensiyadakı artım kimləri əhatə edəcək?

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik müzakirə olunub və plenar iclasa tövsiyə edilib. Dəyişikliyə əsasən, gələn aydan minimum pensiya məbləği 280 manata çatdırılacaq. Pensiya məbləğindəki artım 2023-cü ildə həyata keçirilən sosial paketin tərkib hissəsidir.

Bakıvaxtı.az-ın məlumatına görə, millət vəkili Vüqar bayramov qeyd edib ki, minimum pensiya məbləğinin artırılması 100 mindən çox vətəndaşımızı əhatə edəcək. Onun sözlərinə görə, belə ki, artıq gələn aydan pensiya yaşı tamam olanlar ən azı 280 manat ilə pensiyaya çıxacaqlar.

"Əvəllər bu rəqəm 240 manat idi. Digər tərəfdən, 2006-ci ilin yanvarın 1-dən 2018-ci il iyulunadək hətta bir manat pensiya kapitlalı olanlar da minimum pensiya almaq hüququna malik olacaqlar. Yəni, əgər vətəndaşımızın 25 il ştajı yoxdursa və onun yığımları çox deyilsə o da pensiya ala biləcək. Pensiya amnistiyası növbəti 3 ili əhatə edəcək".

Deputat qeyd edib ki, yeni dəyişiklik eyni zamanda indeksasiya nəticəsində pensiyaları artacaq amma minimum məbləğ səviyyəsinə çatmayan vətəndaşlarımızı da əhatə edəcək.

"Bütövlükdə, gələn aydan 280 manatdan az pensiya ödənilməyəcək. Bu, həmçinin orta pensiya məbləğinə də təsir edəcək. Orta pensiyada da artım olacaq", - deyə Vüqar Bayramov əlavə edib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026