• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Miqrasiya kimi qlobal problemlə qarşı-qarşıyayıq" - Şəntop

SİYASƏT

20 Iyun 2022 | 19:02 | Müəllif: Subhan Mahmudov

"Miqrasiya kimi qlobal problemlə qarşı-qarşıyayıq" - Şəntop

Son illər dünyanın ən ciddi problemlərindən biri məcburi miqrasiyadır. Bu baxımdan, Parlamentlərarası İttifaq çərçivəsində bir proqram təşkil etməyi qərara aldıq. Bu gün miqrasiya kimi qlobal problemlə qarşı-qarşıyayıq. Hesab edirik ki, bu kimi problemlərə qarşı da fövqəladə qərarlar qəbul etmək lazımdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

“Lakin bir çox ölkənin, xüsusilə də Qərb dövlətlərinin bu məsələyə laqeyd yanaşdıqlarını düşünürdük. Daha sonra Ukraynada baş verən hadisələr fonunda 7 milyondan artıq insan Avropaya köç etməyə məcbur oldu. Biz bu məsələnin də qlobal əhəmiyyət daşıdığının anlaşılmasının mühüm olduğunu düşünürük", - Şəntop qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR