• Bakı 12° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Misir Qəzzada altı saatlıq atəşkəs təklif edir

DÜNYA

11 Oktyabr 2023 | 20:31 | Müəllif: Subhan Mahmudov

Misir Qəzzada altı saatlıq atəşkəs təklif edir

Misir Qəzza zolağına humanitar yardım çatdırmaq üçün müvəqqəti atəşkəs tətbiq etmək təşəbbüsü ilə çıxış edib.

Bakıvaxtı.az-ın məlumatına görə, Qahirə altı saatlıq humanitar fasilə elan etməyi təklif edir. Bildirilir ki, Misir ABŞ ilə Rəfah keçid məntəqəsi vasitəsilə Qəzza zolağına yardım çatdırmaq planlarını müzakirə edir.

Qeyd olunur ki, Misirin humanitar təşkilatları İsrailin atəş təhlükəsi səbəbindən Rəfahda keçidin dayandırılması ucbatından hazırda Qəzza zolağına humanitar yardım göndərə bilmir. Xüsusilə Misir Qızıl Aypara Cəmiyyəti fələstinlilər üçün tibbi ləvazimat, dərman və ərzaq da daxil olmaqla, təcili yardım karvanı hazırlayıb, lakin hələlik onu çatdırmaq mümkün deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026