• Bakı 26° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Monqolustanda fövqəladə daşqın xəbərdarlığı edilib

DÜNYA

27 Iyun 2024 | 17:56

Monqolustanda fövqəladə daşqın xəbərdarlığı edilib

İyunun 28-dən başlayaraq Monqolustanın qərb və mərkəzi əyalətlərində, eləcə də Qobi əyalətlərinin bəzi ərazilərində tufanla müşayiət olunan leysan xarakterli intensiv yağışlar gözlənilir.

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bununla bağlı Monqolustanın Meteorologiya və Ətraf Mühitin Monitorinqi İnstitutu xəbərdarlıq edib.

Sinoptiklərin ilkin proqnozlarına əsasən, ölkənin əksər ərazilərində güclü yağışlar davam edəcək.

Eyni zamanda Monqolustanın Fövqəladə Hallar Baş İdarəsi çay və göl sahillərində yaşayan 21 əyalətin sakinlərini bütün zəruri ehtiyat tədbirlərini görməyə, sürücüləri isə əlverişsiz hava şəraiti ilə əlaqədar bölgələrə səfər etməməyə çağırıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

29 Iyun 2024