• Bakı 24° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Moskva görüşü: Rusiya təhdid edəcək, yoxsa... - AÇIQLAMA 

CƏMİYYƏT

19 May 2023 | 13:13

Moskva görüşü: Rusiya təhdid edəcək, yoxsa... - AÇIQLAMA

“Bu gün Rusiyada keçirilən görüş mayın 14-də Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşündə əldə edilən irəliləyişlərə mane olmayacaq”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov və erməni həmkarı Ararat Mirzoyan arasında üçtərəfli görüşü şərh edərkən bildirib. 

O qeyd edib ki, Moskva görüşündə tərəflər arasında müəyyən razılaşma olacaq: “Cənubi Qafqaz regionunda geosiyasi maraqları olan dövlətlər üçün Ermənistanla Azərbaycan arasında bağalanacaq sülh müqaviləsində kimin rol oynaması önəmlidir. Ona görə də Qərb və Rusiya arasında ciddi qarşıdurma var. Rusiya 10 noyabr bəyanatı əsasında sülh müqaviləsinin imzalanmasını təklif edir.

Daha doğrusu Rusiya özünün təklif etdiyi sülh planının icrasında israrlıdır. Moskva Cənubi Qafqazda təsirini və hər iki ölkəni özündən asılı vəziyyətdə saxlamaq istəyir. Yəni Rusiya nəzarətli sülh müqaviləsi istəyir”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026