Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi saytında ilk dəfə olaraq "Crocus City hall"da baş vermiş terror aktı nəticəsində ölənlərin siyahısını dərc edib.
Bakıvaxtı.az-ın TASS-a istinadən məlumatına görə, siyahıda hələlik 13 nəfərin adı var. Bildirilir ki, siyahıda Bakı vaxtı ilə saat 18:00-a olan məlumatlar yer alıb.
Mətbuat xidməti qeyd edib ki, bunlar ölənlərin adlarının ilkin siyahısıdır. "Ölənlərin şəxsiyyəti məhkəmə-tibb ekspertləri tərəfindən müəyyən edildikdən sonra siyahılar yenilənəcək", - nazirlikdən bildirilib.
Fövqəladə Hallar Nazirliyi həmçinin Səhiyyə Nazirliyinin məlumatlarına əsaslanaraq zərərçəkənlərin siyahılarını dərc edir.
***16:04
Moskva vilayətində "Crocus City Hall"da baş vermiş terror aktında ölənlərin sayı 150-yə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "112" teleqram kanalı məlumat yayıb.
...
14:07
Moskva vilayətində "Crocus City Hall"dakı baş vermiş terror aktında ölənlərin sayı 115-ə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
...
12:29
Moskva vilayətində "Crocus City Hall"dakı baş vermiş terror aktında ölənlərin sayı 93-ə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.
...
09:50
Moskva vilayətində “Krokus siti holl”da baş vermiş terror aktında ölənlərin sayı 82-ə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, onlardan 3-ü uşaqdır.
Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.
***
05:30
"Crocus" konsert kompleksində törədilən terror aktı nəticəsində 60-dan çox insan həlak olub.
Bakıvaxtı az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, terror aktı qurbanlarının sayı hələ də arta bilər.
***
01:37
İstintaqın məlumatına görə, 4 terrorçu insanları güllələyib, "Crocus City Hall"ı qaçaraq tərk ediblər, əvvəlcədən hazırladıqları paltarları geyiblər və ağ "Reno Simbol"a oturaraq aradan çıxıblar.
Pilləkənlərin yanında 4 ədəd yanmış kamuflyaj aşkar edilib.
***
01:10
Bakıvaxtı.az xəbər verir ki, Moskvada baş verən hadisə nəticəsində başlayan yanğın söndürüldü.
***
00:44
Rusiya İstintaq Komitəsi (İK) Moskvada “Crocus City Hall” ticarət mərkəzində baş verən terror aktı ilə bağlı cinayət işi açıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya İK mətbuat xidməti məlumat yayıb.
“Crocus City Hall” konsert zalında baş vermiş insidentdən sonra Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci (terror aktı) maddəsi ilə cinayət işi açıb”, - deyə bəyanatda qeyd olunub.
Rusiya İstintaq Komitəsinin mərkəzi aparatının istintaq qrupu hadisə yerinə gedib.
***
00:22
RF Fövqəladə Hallar Nazirliyi: "Crocus City Hall" da yanğın sahəsi təxminən 13 min kvadrat metrdir. Yanğın hələ lokallaşdırılmayıb.
***
00:13
Rusiya Federasiyası "Crocus City Hall"da baş vermiş terror aktı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini tələb edəcək
***
00:07
Moskvadakı konsert salonunun parkinq yerində üzərində köhnə Ukrayna nömrəsi olan mikroavtobus aşkarlanıb. FSB onun hadisədəki iştirakını araşdırır.
Artıq Rusiya ictimaiyyətində hadisəni Ukraynaya bağlamaqla bağlı çağırışlar var.
Rusiyalı oliqarx Konstantin Malofeyev yazıb ki, "bu hadisədən yola çıxaraq Ukraynaya 48 saat vaxt verək və ölkəni darmadağın edək".
Bəzi analitiklər hesab edir ki, Kreml bu hadisədən istifadə edərək sürətli səfərbərlik həyata keçirə bilər.
***
00:06
Moskvaya giriş-çıxışlar hüquq-mühafizə orüanlarının əməkdaşları tərəfindən nəzarətə götürülüb.
***
00:05
Yaralıları təxliyə etmək üçün təcili tibbi yardım maşınları səfərbər olunur.
***
00:04
Hadisədə ölənlərin bir çoxunun şəxsiyyətləri dəqiqləşdirilib. Əksəriyyəti güllə yaralarından və dəm qazından zəhərlənmədən əziyyət çəkib.
1. Seldeva Olqa
2. Seldeva Alina
3. Biryukov Vladimir Vadimoviç - 42 yaş
4. Denisov Andrey Mixayloviç - 34 yaş
5. Nemaltsev İlya - 42 yaş
6. Uyutova Valeriya Valerievna - 31 yaş
7. Aqapova Mariya Yurievna - 52 yaş
8. Alimbekov Mirlanbek Alimbekoviç - 28 yaş
9. Alina S. - 11 yaş
10. Leşin İlya Anatolyeviç - 50 yaş
11. Moryakin Nikolay Nikolayeviç - 46 yaş
12. Kazanskaya Elena Aleksandrovna - 43 yaş
13. Komylyatova Yekaterina Anatolyevna - 45 yaş
14. Dmitri B. - 11 yaş
15. Juravlev Pavel Georgiyeviç
16. Miqur Nikita Andreeviç - 26 yaş
17. Taletskaya İrina Viktorovna - 43 yaş
18. Razukov Najmudin Saidbekoviç - 33 yaş
19. Prasulova İnna Hüseynovna - 41 yaş
20. Qolubev Roman Yurieviç - 47 yaş
21. Pustotin Pavel Aleksandroviç - 24 yaş
22. Zaxarova Yuliya Rüstəmovna - 33 yaş
23. Bedrik Oksana Vladimirovna
24. Cherdantseva Elena Dmitrievna (ana)
25. Çerdantseva Yuliya Viktorovna (qızı)
26. Zaitseva Tatyana Sergeevna - 34 yaş
27. Smolyakova Anna Vladimirovna - 41 yaş
28. Stebenkova Diana Aleksandrovna - 47 yaş
29. Makarskaya Anna Aleksandrovna - 41 yaş
30. Tatyana Aleksandrovna
31. İlya T. - 8 yaş
***
00:03
Hücumun baş verdiyi ərazinin yaxınlığındakı məhəllə sakinlərinə olduqları yerə sığınmaları xəbərdarlıq edilib.
***
22.03.2024
23:44
Bakıvaxtı.az xəbər verir ki, "Crocus City Hall"ın 5 əməkdaşı terror aktından sonra saxlanılıb. Vəziyyəti aydınlaşdırmaq üçün onları polis şöbəsinə aparılıblar.
***
23:42
İtaliya və Almaniya da Rusiyaya başsağlığı verdi
***
23:39
Bakıvaxtı.az xəbər verir ki, iki həftə əvvəl ABŞ, Britaniya, Almaniya və Cənubi Koreyanın Rusiyadakı səfirlikləri öz vətəndaşlarına Moskvada insanların sıx toplaşdığı yerlərdə mümkün hücumlar barədə xəbərdarlıq edib.
O zaman növbəti 48 saat ərzində hücumlar proqnozlaşdırılırdı.
***
23:33
Moskva metrosunda sərnişinlər gücləndirilmiş nəzarət-baxışdan keçirlər.
Bakıvaxtı.az xəbər verir ki, "Myakinino" stansiyasına Metropoliten Mühafizə Xidmətinin əlavə qüvvələri, eləcə də metropolitendə polis əməkdaşları gəlib. "Myakinino" stansiyası giriş-çıxış üçün normal işləyir.
***
23:27
Belarus, Türkiyə, Qazaxıstan və Pakistan Rusiyaya başsağlığı verib.
***
23:26
Bakıvaxtı.az bildirir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti terakt zamanı 40 nəfərin öldüyün təsdiqlədi. Ölü sayının artacağı istisna edilmir.
---------
23:25
Terror aktında şübhəli bilinənlərdən biri saxlanılıb
23:09
Bakıvaxtı.az bildirir ki, terrorçuların "Crocus City Hall"a gəldikləri avtomobil minalanmış vəziyyətdə avtomobil dayanacağındadır. Avtomobildəki əldəqayırma partladıcı qurğunun zərərsizləşdirilməsinə hazırlıq gedir
23:00
Bakıvaxtı.az xəbər verir ki, hadisə yerində olan azərbaycanlı Asya Cəfərova danışdı:
"Hər şey "Krokus Siti Holl" başladı, biz "Vegas Siti Holl"da Röyanın konsertinin başlamasını gözləyirdik. Zalda tüstü var idi və birdən insanlar küçəyə qaçmağa başladılar, atışma səsləri eşidildi. Küçəyə qaçdıq və gördük ki, "Krokus" yanır. Polis bütün maşınları çıxarmağa başladı. Hər yerdə təhlükəsizlik qüvvələri var. İkinci partlayış eşidildi. Bina yanmağa davam edir.
22:53
Bakıvaxtı.az bildirir ki, şahidlərdən biri terrorçuları belə təsvir edir: "Ən azı beş nəfərdilər, saqqallı. Onlar hazırlanmış və öyrədilmiş döyüşcülər kimi davranırlar. Binaya girərkən mühafizəçiləri və qapıda dayanan insanları öldürdülər. Sonra əsas giriş bağlandı.
Terrorçular AKM avtomatları ilə silahlanıb. Bəzilərinin müxtəlif döyüş sursatları olan bel çantaları var".
---------
22:49
Hadisə şahidi. "VİP lojada idik. Nə baş verdiyini gördük. Atışma, hər yeri atəşə tuturdular, qışqırıqlar, insanların qanı axırdı. Kişilər lojanın qapısına barrikada qurdular. Sonra işçilər gəldi və sürətlə bizi pilləkənlərlə yuxarı qaldırdılar. Çox insanlar zalda qaldı".
---------
22:48
Hücum edənlər yeraltı dayanacaqdan "Crocus"fa qalxdılar. Kəşfiyyat orqanları hücum edənlərdən birinin orada ola biləcəyindən şübhələnirlər. Hücum edənlərin hansı maşınlarla gəldiyini də müəyyən etmək cəhdləri davam edir.
---------
22:46
"Crocus Group"un birinci vitse-prezidenti Emin Ağalarov hadisə yerinə gəlib.
22:45
Moskva vilayətinin "Crocus City Hall" konsert salonunda baş verən atışmda yaralıların sayının 130-a çatdığı bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Readovka" teleqram kanalı məlumat yayıb.
22:37
Bakıvaxtı.az xəbər verir ki, bu dəqiqələrdə "Crocus City Hall"da Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və Rusiya Milli Qvardiyasının xüsusi təyinatlıları ilə terrorçular arasında atışma gedir.
22:22
Son məlumata görə ölənlərin sayı 40 nəfərə çatıb. 100-dən çox yaralı var.
22:11
Moskva vilayətinin "Crocus City Hall" konsert salonunda baş verən atışmda ölənlərin sayının 50-ə çatdığı bildirib.
"Crocus City Hall"dakı yanğının sahəsi 3000 kvadratmetrə qədər ola bilər. Binanın böyük hissəsi yanır. Binanın damı qismən uçub.
22:19
Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş silahlı hücumda beş nəfərin iştirak etdiyi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.
"Krokusda güllələnməni həyata keçirən qrupun tərkibində azı 5 silahlı adam var idi", - teleqram kanala mənbə bildirib.
22:03
Moskva vilayətinin "Crocus City Hall" konsert salonunda baş verən atışmda ölənlərin sayının 15-ə çatdığı bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Readovka" teleqram kanalı məlumat yayıb.
"Mash" teleqram kanalı ilə konsert salonunda partlayış baş verdiyini, tavanın çökdüyü barədə məlumat yayıb.
"Mash" eyni zamanda silahlı iki nəfərin konsert salonuna daxil olaraq insanlara atəş açmasının görüntülərini də yayıb./apa
21:42
Rusiyanın Moskva oblastının Krasnoqorsk şəhərində yerləşən "Krokus Siti Holl"da insanlara atəş açılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Ostorojno, novosti", "Baza" və "Mash" teleqram kanalları bildirib.
"Baza"nın məlumatına görə, hadisə nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb.
Şahidlərin sözlərinə görə, naməlum şəxs avtomat silahdan insanlara atəş açmağa başlayıb.



















