• Bakı 11° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

MSK namizədlərin siyahısını bu tarixdə DƏRC EDƏCƏK

GÜNDƏM

06 Avqust 2024 | 11:23

MSK namizədlərin siyahısını bu tarixdə DƏRC EDƏCƏK

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkilərə artıq 25 gün qalıb. Buna baxmayaraq, hələ də namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında dərc olunmayıb.

Bəs, bu barədə siyahı nə zaman MSK-nın saytında yerləşdiriləcək?

Bakıvaxtı.az xəbər verir ki, Modern.az məsələ ilə əlaqədar Mərkəzi Seçki Komissiyası ilə əlaqə saxlayıb. 

Qurumun mətbuat katibi Şahin Əsədli bildirib ki, məsələ seçki məcəlləsinin 148.5-ci maddəsinə əsasən müəyyən edilir.

Seçki Məcəlləsinin 148.5-ci maddəsində deyilir ki, qeydə alınmış namizədlərin dairələr üzrə siyahısı səsvermə gününə azı 20 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən bu Məcəllənin 77.2-ci maddəsində göstərilən dövri nəşrlərdə dərc edilir.

Qeyd edək ki, qanuna görə avqustun 11-nə kimi namizədlərin siyahısı dərc olunmalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR