• Bakı C

    4.35 m/s

  • USD - 1.7

    EUR - 1.7739

    RUB - 1.7487

MSK sədri: "71 min 209  nəfər seçkilərdə müşahidə aparacaq"

SİYASƏT

29 Yanvar 2025 | 07:57

MSK sədri: 71 min 209  nəfər seçkilərdə müşahidə aparacaq

685 bələdiyyəyə 8071 bələdiyyə üzvü seçiləcək. Bu bələdiyyələr 118 seçki dairəsi üzrə yerləşir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ilkin mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə hələlik seçkilər keçirilməyəcək:

"Namizədlərin təxminən 31%-i qadınlardan ibarətdir. Seçicilərimiz 5 min 846 məntəqədə səs verəcək. Məntəqələr saat 8-dən axşam 7-yə qədər açıq olacaq. Atılacaq addımlarla bağlı seçicilər məlumatlıdır".

Komissiya sədri bildirib ki, seçicilərin səsvermə hüququnun tam yerinə yetirilməsi üçün şərait yaradılıb:

"70 mindən çox müşahidəçi qeydiyyatdan keçib. O cümlədən, ümumilikdə, 71 min 209 nəfər səsvermənin gedişini müşahidə edə biləcək. Media nümayəndələrinin isə müşahidə üçün icazə almaqlarına ehtiyac yoxdur".

Əli Hüseynov


SON XƏBƏRLƏR

29 Yanvar 2025