Ukrayna müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov Silahlı Qüvvələr üçün məhsul alınması ilə bağlı qalmaqaldan sonra istefa verib.
Bakıvaxtı.az xəbər verir ki.ə bu barədə məlumat yanvarın 24-də Müdafiə Nazirliyinin saytında yer alıb.
Məlumata görə, Müdafiə Nazirliyinin rəisi Şapovalovun ərizəsini qəbul edib və Nazirlər Kabinetinə müvafiq təqdimat təqdim olunub.
Vyaçeslav Şapovalovun Silahlı Qüvvələrin arxa təminatına cavabdeh olduğu qeyd edilir. Məmur “qida xidmətlərinin satın alınması ilə bağlı ittihamlar kampaniyası nəticəsində Ukrayna Silahlı Qüvvələrinin stabil təminatına təhlükə yaratmamaq” üçün vəzifədən azad olunmasını istəyib.
Müdafiə Nazirliyi Vyaçeslav Şapovalova səmərəli fəaliyyətinə görə təşəkkür edib və onun vəzifəsində bir çox müsbət dəyişikliklərə nail ola bildiyini, Ukrayna Silahlı Qüvvələrinin ərzaq xidmətini inhisardan çıxarmaq və bir sıra islahatları həyata keçirə bildiyini xatırladıb.
“Müdafiə Nazirliyi korrupsiyaya qarşı sıfır dözümlülük prinsipinə riayət edir, demokratik nəzarətə hörmətlə yanaşır və səlahiyyətli orqanlar tərəfindən istənilən yoxlamanın aparılmasında mütləq şəffaflığı təmin edəcək”, - nazirlik əlavə edib.
Murad Məmmədli