• Bakı 23° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Müdir bir gün icazə istəyən işçini GÜLLƏLƏDİ

DÜNYA

11 Sentyabr 2024 | 19:46 | Müəllif: Subhan Mahmudov

Müdir bir gün icazə istəyən işçini GÜLLƏLƏDİ

Rusiyanın paytaxtı Moskva şəhərində çörək ustası iş vaxtından artıq işləməkdən imtina edən işçisini güllələyib. Zərərçəkmiş xəstəxanaya aparılıb.

Bakıvaxtı.az bildirir ki, hadisə sentyabrın 11-nə keçən gecə Biryulevskaya küçəsində yerli çörək zavodunda baş verib. Sifarişləri məntəqələrə çatdıran işçilərdən biri 2 həftəlik fasiləsiz işdən sonra qalmaq istədiyi istirahət gününü xatırlatmaq üçün ustaya üz tutub.

Müdir isə yerindəcə işçiyə rədd cavabı verib. O, etiraz edəndə usta onu işdən çıxarmaqla, hətta ölümlə hədələyib. Sonra isə müdir kuryeri ayağından güllələyib və qaçıb.

Zərərçəkmiş 31 yaşlı Qırğızıstan vətəndaşıdır və son 8 ildə qanuni olaraq Moskvada yaşayır.

Qeyd olunur ki, kuryerin işinin çoxluğundan Bilik Günündə qızlarını məktəbə yola salmağa vaxtı olmayıb. Bu səbəblə o, qızları ilə vaxt keçirmək üçün bir gün istirahət etmək istəyib.

Hazırda polis araşdırma aparır./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026