• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Muğanlı-İsmayıllı yolu buz bağladı, QƏZA OLDU - VİDEO

HADİSƏ

30 Yanvar 2024 | 16:35

Muğanlı-İsmayıllı yolu buz bağladı, QƏZA OLDU - VİDEO

Duman və yolun buz bağlaması səbəbindən Qobustan ərazisində, Muğanlı-İsmayıllı yolunda, Mərəzədə avtomobillər yolda qalıblar.

İsmayıllı-Muğanlı yolunda isə bir neçə avtomobilin iştirakı ilə qəza baş verib.

Yoldakı buzun təmizlənməsi üçün hansı işlər görülür?

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, dünən də magistral yol boyunca və kəndlərə gedən yol boyunca buzlaşma qeydə alınıb.

"Bu gün səhər saatlarında eyni hal qeydə alınıb. Çox güman ki, axşama doğru da yolda buzlaşma olacaq. Agentliyin texnikaları yolda növbə çəkirlər. Nəsə olarsa, müdaxilə edirlər. Yola duz və qum səpilir. Sürücülərimiz də həmin yollardan istifadə edərkən diqqətli olsunlar",- deyə o qeyd edib.

Məqalədə:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026