• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Müller 15 illik komandasından ayrıla bilər

İDMAN

10 May 2023 | 12:25

Müller 15 illik komandasından ayrıla bilər

Almaniya "Bavariya"sının futbolçusu Tomas Müller mövsümün sonunda klubdan ayrılmaq istəyir.

Bakıvaxtı.az "Bild" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu yeni baş məşqçi Tomas Tuxelin gəlişindən sonra az forma şansı əldə etdiyi üçün məyusdur.

Təcrübəli forvard karyerasını bitirmək istəmir və başqa komandaya keçməyə hazırdır.

Qeyd edək ki, Tomas Müller bu mövsüm Münhen təmsilçisində 37 oyuna çıxıb, 7 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsi 2024-cü ilin yayınadək qüvvədədir. Almaniyalı oyunçu 2008-ci ildən "Bavariya"nın əsas komandasında çıxış edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026