• Bakı 20° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Mustafa Şentop Sahibə Qafarovaya zəng etdi

SİYASƏT

14 May 2021 | 19:52

Mustafa Şentop Sahibə Qafarovaya zəng etdi

Mayın 14-də Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib.

Parlamentdən Bakıvaxtı.az-a verilən məlumata görə, qardaş ölkənin spikeri Müqəddəs Ramazan bayramı münasibətilə Milli Məclisin Sədrini və deputatlarını təbrik edib, Azərbaycan xalqına firavanlıq arzulayıb.

Milli Məclisin Sədri də öz növbəsində türkiyəli həmkarına, TBMM üzvlərinə və Türkiyə xalqına bayram təbriklərini çatdırıb.

Telefon söhbəti zamanı iki qardaş ölkənin spikerləri qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.


SON XƏBƏRLƏR

25 Aprel 2024