• Bakı 12° C

    10.05 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Namaza görə arvadını döyüb dişlərini sındırdı

CƏMİYYƏT

02 Dekabr 2025 | 16:36

Namaza görə arvadını döyüb dişlərini sındırdı

Abşeronda kişi dini mübahisə zamanı arvadına xəsarət yetirib.

Bakıvaxtı.az lent.az-a istinadla xəbər verir ki, Abşeron rayonunda 36 yaşlı Ümid Əzizov yaşadığı evdə arvadı ilə dini inanclar üzərində yaranan mübahisə zamanı qadına zor tətbiq edib. Hadisə Xırdalan şəhərinin 28-ci məhəlləsində baş verib.

Ümid Əzizov yumruq, sillə və təpiklə arvadına müxtəlif xəsarətlər yetirib. Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) üzrə cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində deyib ki, üç övladı var və aralarında əvvəllər də mübahisələr olub:

"Səhər saat 4-də evə gəlib gördüm ki, uşaqlar yatıb amma arvadım yoxdur. Əsəbiləşdim. Evdən çıxdım və günorta yenidən qayıtdım. Evdə arvadımla mübahisəmiz düşdü. O, din adı altında dələduzlara qoşulub və onu yolundan geri döndərməyə çalışırdım. Mübahisə zamanı o, üstümə qışqırdı. Mən də əsəbiləşib sifətinə təpiklə zərbə vurdum. Nəticədə dişləri sındı".

Ümid Əzizov əməlindən peşman olduğunu və dəfələrlə barışmaq istədiyini, lakin mümkün olmadığını bildirib. O, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edib.

Zərərçəkən qadın isə deyib ki, həmin gün əvvəlcə pul üzərində mübahisə baş verib, sonradan dini inanclar mövzusunda yenidən qarşıdurma yaşanıb:

"Günorta yenə aramızda pul və dini görüşlərim üstündə mübahisə düşdü. Ərim deyirdi ki, namaz qılma. Mən qılacam deyəndə, o, üstümə gəlib sən kimsən deyə qışqırdı və məni vurmağa başladı. Zərbələrdən aşağı əyiləndə təpiklə ağzıma vurdu, dişlərim sındı. Hadisə barədə baldızıma məlumat verdim. O da Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək müraciət etdi".

Zərərçəkən əlavə edib ki, ərilə barışmayıb və onun barəsində qanunvericiliyə uyğun tədbir görülməsini tələb edir.

Abşeron rayon Məhkəməsi Ümid Əzizov barəsində altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verib.


SON XƏBƏRLƏR