"Sabah"ın yarımmüdafiəçisi Namik Ələskərov qasıq nahiyyəsindəki yırtıqdan əməliyyat olunub.
Bakıvaxtı.az xəbər verir ki, Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurlu keçib.
Həkimlərin rəyinə əsasən, Namik təxminən bir ay sonra komanda ilə məşqlərə qoşula biləcək.
















