• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Namizəd müsahibəyə GƏLMƏDİ

CƏMİYYƏT

18 Iyul 2022 | 16:40

Namizəd müsahibəyə GƏLMƏDİ

“Bu gün növbəti dəfə dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı DİM-in müsahibə komissiyasının iclası təyin olundu. Son zamanlar müsahibələr onlayn formada keçirilir. Təəssüf ki, onlayn toplantımız baş tutmadı. Səbəb isə odur ki, dövlət qulluğuna namizəd müsahibəyə qatılmayıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə, zaman-zaman Komissiyanın iclaslarında bu tip hallar baş verir:

“Bəzi iddiaçılar yenə də öncədən heç bir məlumat vermədən, üzürsüz səbəbdən müsahibəyə qatılmırlar. Maraqlıdır ki, dövlət qulluğuna iddia edən namizəd hətta onlayn formada keçirilən müsahibəyə də qatılmır və etinasızlıq göstərir. Nəticədə isə, mənasız yerə zaman və dövlət resursları sərf olunur. Əvvəllər bir namizəd, sertifikatının olduğu müddətdə 40-50 dövlət vəzifəsinə iddia edə bilirdi. Hansı ki, iştirak etmədiyi və iştirakdan imtina etdikləri müsahibələrin sayı da yetərincə olurdu”.

Forum rəhbəri qeyd edib ki, lakin ötən il qanunvericiliyə dəyişiklik edilib:

“Qeydiyyata məhdudiyyət qoyulub. Yeni qaydalara görə dövlət qulluğu sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində yalnız 5 müsahibədə ödənişsiz, 5-dən artıq müsahibədə isə ödənişli iştirak edə bilər. Yəni, bizim bu gün ASAN Xidmətdə vəzifə tutmaqla bağlı müsahibəyə qatılmayan, mənasız yerə komissiyanın toplantısının keçirilməsinə səbəb olan namizədimiz artıq pulsuz müsahihə hüququnun birisni itirmiş olub”.

O.Gündüz ümid edir ki, dövlət qulluğuna iddia edən digər namizədlər də bunu nəzərə alacaqlar:

“Görünür ki, Müsabiqə qaydalarını daha da təkmilləşdirmək lazımdır. Bir neçə gün öncə DİM tərəfindən təşkil olunan “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsinin rəsmi açılışında çıxış edərkən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu istiqamətdə qanunvericiliyin daha da təkmilləşdiriləcəyini bildirib. Yeri gəlmişkən, Tarif Şurası bir il keçməsinə baxmayaraq indiyədək dövlət qulluğuna qəbul üzrə 5-dən artıq müsahibəyə iddia edənlər üçün ödəniş haqqını müəyyən edə bilməyib”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026