• Bakı C

    3.26 m/s

  • USD - 1.7

    EUR - 1.8517

    RUB - 0.0242

"Narkotik istifadəçiləri arasında QİÇS-in yayılması..."

CƏMİYYƏT

01 Dekabr 2022 | 10:43

Narkotik istifadəçiləri arasında QİÇS-in yayılması...

Ötən 10 ildə inyeksion narkotik istifadəçiləri arasında QİÇS virusunun ötürülməsi və yayılması 2 dəfəyə qədər azalıb.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

Onun sözlərinə görə, ölkəmizdə QİÇS virusunun yayılmasının lokallaşdırılmasına nail olunub: "Virus daha çox 25-49 yaş qrupu arasında yayılıb. Bundan aşağı yaş qrupunda yoluxma halları o qədər də rast gəlinmir. Bu, bütün dünyada bu cürdür. Ümumilikdə isə, ölkə üzrə yoluxan şəxslərin statistikasına baxdıqda 70 faiz kişilərdə, 30 faiz isə qadınlarda yoluxma halları qeydə alınır".

Mərkəzin direktoru son 10 ayda QİÇS-ə yoluxanların statistikasını qeyd edib: "10 ayda virusa yoluxan 695 nəfər aşkar edilib. Onların 680 nəfəri Azərbaycan vətəndaşı olub. Bunun da 68 %-i kişi, 32 %-i isə qadın olub”.


SON XƏBƏRLƏR

03 Fevral 2023