• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Narkotik satan 10 yaşlı oğlan saxlanıldı

DÜNYA

02 Mart 2024 | 18:33

Narkotik satan 10 yaşlı oğlan saxlanıldı

Rusiyanın Kurqan bölgəsində 10 yaşlı məktəbli narkotik alverində şübhəli bilinib. Azyaşlı oğlan özündən böyük şəriki ilə birlikdə saxlanılıb.

Bakıvaxtı.az bildirir ki, məktəbli 32 yaşlı şəriki ilə birlikdə Kurqandakı yaşayış binalarından birinin girişində saxlanılıb. Dördüncü sinif şagirdinin yanında yüz qrama yaxın sintetik opioid olan karfentanil olub.

Əvvəllər narkotik vasitələrin satışına görə məhkum olunmuş ikinci şübhəlinin yanında 11 qram eyni maddə olub.

Polis 10 yaşlı saxlanılan uşaq və onun valideynləri ilə bağlı araşdırma aparır./lent.az


SON XƏBƏRLƏR

26 Iyul 2024