• Bakı 12° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

Narqis Vik: "Almaniya ilə Azərbaycan su və aqrar sektorlarda birgə layihələri müzakirə edir"

CƏMİYYƏT

07 Oktyabr 2025 | 14:08

Narqis Vik: Almaniya ilə Azərbaycan su və aqrar sektorlarda birgə layihələri müzakirə edir

Almaniya Azərbaycanla kənd, su təsərrüfatı və rəqəmsallaşma sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Bakıvaxtı.az-ın  məlumatına görə, bunu Almaniya-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Narqis Vik "Almaniya-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransı 2025" çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, su təsərrüfatı Azərbaycanın ciddi çağırışlarla üzləşdiyi ən həssas sahələrdən biridir:

"Almaniya ilə əməkdaşlıq təcrübə mübadiləsi və müasir həllərin tətbiqində mühüm rol oynaya bilər. Bundan əlavə, biz Qida Təhlükəsizliyi Agentliyi ilə birgə aqrar sektorda, o cümlədən qida və içki sənayesində birgə layihələri fəal şəkildə müzakirə edirik. Nəhayət, son diqqət mərkəzində olan məsələ rəqəmsallaşdırmadır. Çünki sadalanan bütün sahələr - ağıllı texnologiyalar, ağıllı istehsal - birbaşa məhz rəqəmsal həllərlə bağlıdır. Azərbaycanın öz sənayesini şaxələndirməyə çalışdığı şəraitdə innovasiyalar və rəqəmsallaşdırma əsas inkişaf istiqamətlərinə çevrilir. Lakin onların həyata keçirilməsi üçün səmərəli maliyyə alətləri lazımdır".


SON XƏBƏRLƏR

01 Dekabr 2025