Canlı yayımda NASA tərəfindən təsadüfən yayımlanan astronavtların səs yazısı panikaya səbəb olub.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər veir ki, Beynəlxalq Kosmik Stansiyanın (ISS) səlahiyyətliləri NASA-nın canlı yayımda "təsadüfən" stansiyadakı bir astronavtın "dekompressiya xəstəliyi(DCS) ilə bağlı təsirlər yaşadığını" bildirən səs yazısını yayımladığını, bunun təlim qeydi olduğunu və ekipajın yaxşı olduğunu açıqlayıb.
ISS-nin gecə saatlarında verdiyi açıqlamada aşağıdakı ifadələr yer alıb:
“Beynəlxalq Kosmik Stansiyada"fövqəladə vəziyyət yoxdur. CDT-nin təqribən 17:28-də (mərkəzi gündüz vaxtı) səs NASA-nın canlı yayımında yerdəki simulyasiya edilmiş audio kanalından yayımlanıb və bu, ekipaj üzvünün dekompressiya xəstəliyi (DCS) ilə bağlı təsirlər keçirdiyini göstərir”.
Könül Mürsəliyeva
BDU tələbəsi
Bakıvaxtı.az
















