• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

NASA-dan itmiş asteroid xəbərdarlığı: 2024-cü ildə Yerə çırpıla bilər

DÜNYA

27 Noyabr 2023 | 11:24

NASA-dan itmiş asteroid xəbərdarlığı: 2024-cü ildə Yerə çırpıla bilər

İlk dəfə 2007-ci ildə aşkar edildikdən sonra teleskopların gözündən itən "itirilmiş asteroid"in gələn il Yerlə toqquşma ehtimalı var.

Bakıvaxtı.azbu barədəxarici mediaya istinadən xəbər verir. Məlumata görə, 2007 FT3 adlanan asteroid aşkar edildikdən bir gün sonra yoxa çıxmışdı. Bununla belə, alimlər asteroidin Yerə qayıtmaq üçün yol tapdığını təxmin edirlər.

NASA-nın Yerə Yaxın Obyekt Tədqiqatları Mərkəzi (CNEOS) bu asteroidin orbitini müəyyən etmək üçün çalışırdı. Son tapıntılar asteroidin gələn il planetə düşə biləcəyini ortaya qoydu.

Müvafiq olaraq, 2024-cü ilin oktyabrında itirilmiş meteoritin Yerə dəymə ehtimalı, təxminən, 11,5 milyonda birdir. 2024-cü ilin martında Yerə çırpılma ehtimalı isə 10 milyonda 1 olaraq təyin olundu. Bu, kiçik bir ehtimal olsa da, asteroidin planetə düşəcəyi təqdirdə 2,6 milyard ton TNT gücündə partlayış yaradacağı proqnozlaşdırılır.

Bu enerji planeti məhv edəcək qədər böyük deyil. Lakin düşdüyü bölgəyə böyük ziyan vurması və bütün Yer kürəsinə şok dalğaları göndərməsi mümkündür.

Qeyd edək ki, Kosmik agentliklər bu günə qədər Yerə yaxın olan 30 mindən çox asteroidi sənədləşdiriblər. Hazırda həmin obyektlər müşahidə edilir. Bununla belə, NASA və digər qurumlar əmindirlər ki, Günəşin parıltısında hələ də kəşf edilməmiş böyük asteroid və kometalar gizlənir.

NASA tədqiqatçıları itmiş asteroidə nə olduğunu hələ dəqiq bilmirlər. Onlar ayıq-sayıq qalacaqlarını və Yerə dəyəcəyi təqdirdə əlamətlər axtarmağa davam edəcəklərini söyləyirlər.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR