• Bakı 25° C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Naxçıvan polisi vətəndaşlardan odlu silahlar götürdü

HADİSƏ

24 Yanvar 2023 | 15:46

Naxçıvan polisi vətəndaşlardan odlu silahlar götürdü

Naxçıvan MR daxili işlər orqanlarında (DİO) əhalidə qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Culfa Rayon Polis Şöbəsinin (RPŞ) əkəməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Xoşkeşin kənd sakini Xəlilzadə İslam Həbib oğlundan 1 ədəd "JP-18" markalı ov tüfəngi, Kəngərli RPŞ-nin əməkdaşları Qıvraq qəsəbə sakini Məmmədov Qalib Zeynalabidin oğlundan 1 ədəd "Teksan-S-870" markalı ov tüfəngi və Şahbuz RPŞ-nin əməkdaşları Daylaqlı kənd sakini Məmmədli Tural Allahqulu oğlundan "F-99" markalı qaz tapançası aşkarlayaraq götürüblər.

Faktlarla bağlı DİO-nun aidiyyəti xidmətləri üzrə araşdırmalar aparılır. /Report


SON XƏBƏRLƏR

02 Iyul 2025