• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Şahdağ” Milli Parkında baş verən yanğın söndürülüb - YENİLƏNİB + FOTOLAR

HADİSƏ

22 Fevral 2023 | 20:06

“Şahdağ” Milli Parkında baş verən yanğın söndürülüb - YENİLƏNİB + FOTOLAR

“Şahdağ” Milli Parkı ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində təqribən 7 hektar sahədə xəzəl, quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.

Sıx meşəlik ərazi yanğından mühafizə olunub. Yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli kənd sakini iştirak edib.

 

18:25

“Şahdağ” Milli Parkının mürəkkəb relyefli dağlıq ərazisində başlayan yanğın məhdudlaşdırılıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

 

17:39

İsmayıllı rayonu, Xanagah kəndi yaxınlığında “Şahdağ” Milli Parkının mürəkkəb relyefli dağlıq ərazisində yanğın baş verib.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub.

Ərazidə əsasən xəzəl, quru ot və kol-kos yanır. Hazırda havanın küləkli, relyefin isə mürəkkəbliyinə baxmayaraq, yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.


“Şahdağ” Milli Parkında baş verən yanğın söndürülüb - YENİLƏNİB + FOTOLAR“Şahdağ” Milli Parkında baş verən yanğın söndürülüb - YENİLƏNİB + FOTOLAR“Şahdağ” Milli Parkında baş verən yanğın söndürülüb - YENİLƏNİB + FOTOLAR“Şahdağ” Milli Parkında baş verən yanğın söndürülüb - YENİLƏNİB + FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026