Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinə yeni rəis təyinatı olub.
Bakıvaxtı.az "Unikal"a istinadla xəbər verir kii, polkovnik leytenant Elmar Tağıyev SHXÇDX-nın Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinə rəis təyin edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov bununla bağlı əmr imzalayıb.
O bundan əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Katibliyinin rəisi olub.
Bu saatlarda E.Tağıyev kollektivə təqdim olunur.
















