• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Naxçıvanda peyvənd olunanların sayı açıqlandı

CƏMİYYƏT

25 Mart 2021 | 23:12

Naxçıvanda peyvənd olunanların sayı açıqlandı

Naxçıvanda koronavirus əleyhinə vaksinasiya uğurla həyata keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində xüsusi komissiya fəaliyyət göstərir. Komissiyanın təşkilatçılığı ilə muxtar respublikada COVID-19-a qarşı vaksinasiya aparılır.

İlkin mərhələdə risk qrupuna daxil olan səhiyyə işçilərinə təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovak” vaksini vurulub. Vaksinasiyaya 3500 tibb işçisi cəlb olunub. Yaxın günlərdə əhalinin revaksinasiyası aparılacaq.

Risk qrupuna daxil olan peşə sahibləri ilə yanaşı 50 yaşdan yuxarı əhali qrupuna da peyvəndlərin vurulması həyata keçirilir. Bu günədək bu yaş kateqoriyasına daxil olan 902 nəfər vaksinasiyaya cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026