• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Naxçıvanın Statistika Komitəsinin sədri işdən çıxarıldı - TƏYİNAT

CƏMİYYƏT

07 Aprel 2023 | 11:51

Naxçıvanın Statistika Komitəsinin sədri işdən çıxarıldı - TƏYİNAT

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov vəzifəsindən azad edilib, onun yerinə Hüseyn Fərəməz oğlu Bağırov təyin olunub.

Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov F.Bağırovu kollektivə təqdim ediblər.

Təqdimatdan öncə F.Nəcəfli və T.Budaqov ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər.

Təqdimat zamanı Naxçıvanda statistika işinin aparılması və təşkili, təsərrüfatların qeydiyyatı, statistik hesabatların hazırlanması zamanı ötən illərdə buraxılan nöqsanlar diqqətə çatdırılıb.

F.Nəcəfli və T.Budaqov işlərin dövrün tələblərinə uyğun qurulması, fəaliyyətin yenidən və çevik formada təşkili barədə yeni rəhbərliyə öz tapşırıq və tövsiyyələrini çatdırıblar.

Qeyd edək ki, Hüseyn Bağırov 1979-cu ildə Naxçıvan şəhərində anadan olub. Bu təyinatadək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində çalışıb. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026