Eriteriyadakı vətəndaşlarımız barədə noyabr ayında məlumat daxil olan kimi XİN diplomatik fəaliyyətə start verib.
Bakıvaxtı.az xəbər verir ki, bunu ölkəmizin XİN rəhbəri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
“Nə Azərbaycanın Eriterya ilə, nə də Eriteriyanın Azərbaycanla diplomatik münasibətləri yoxdur. Ancaq həm XİN, həm də Nəqliyyat və Yüksək Texologiyalar Nazirliyi Xəzər Dəniz Gəmiçiliyi QSC ilə əlaqələndirilmiş şəkildə müxtəlif diplomatik missiyalarla fəaliyyət göstərir. Ankara və Moskva səfirliyi, eyni zamanda, Nyu York daimi nümayəndəliyi vasitəsilə əlaqələr qurulub. Bu proses davam edir. Son həftələr ərzində danışıqlarda müsbət dinamikanı görmüşük"-, deyə Azərbaycanın baş diplomatı bildirib.