• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycanda mənşəyi məlum olmayan hepatit virusu aşkarlanıb? - AÇIQLAMA

CƏMİYYƏT

28 Aprel 2022 | 13:07 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda mənşəyi məlum olmayan hepatit virusu aşkarlanıb? - AÇIQLAMA

Səhiyyə naziri Teymur Musayev uşaqlar arasında yayılan mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirib.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, nazir hazırda Azərbaycanda bununla bağlı hər hansı bir narahatlığın olmadığını qeyd edib.

Teymur Musayevin sözlərinə görə, 12 ölkədə həmin virus uşaqlar arasında yayılıb:

“Bununla bağlı ölkəmizdə narahatlığa da səbəb yoxdur. Yoluxma qeydə alınan ölkələrin sayı o qədər də yüksək deyil. Mənşəyi də tam bəlli deyil. Bu günə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı qeydə alınmayıb. Ölkəmizdə hepatit xəstəliklərinin sıçrayışı müşahidə olunmur”.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026