• Bakı C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Nazirlik COP29-la əlaqədar tədbirlər planı hazırladı

COP29

03 Oktyabr 2024 | 11:56

Nazirlik COP29-la əlaqədar tədbirlər planı hazırladı

Elm və Təhsil Nazirliyi COP29-la əlaqədar tədbirlər planı hazırlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov oktyabrın 3-də Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunan "İqlim keçidlərində ali təhsilin rolu" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, orta və ali məktəblərdə ekoloji şüur formalaşdırılmalıdır: "İnsan kapitalının ali təhsildə vacib rolunu nəzərə alsaq, iqlim maarifləndirməsində ali təhsilin trayektoriyasını genişləndirmək vacibdir".

F.Qurbanov bildirib ki, bu həftə təhsil müəssisələrində "Yaşıl həftə" elan olunub: "Seminarlarla şagirdlərdə və tələbələrdə mədəniyyətin formalaşdırılmasına çalışırıq".


SON XƏBƏRLƏR

12 Noyabr 2024