• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Nazirlikdən ağacların kəsilməsinə REAKSİYA

CƏMİYYƏT

02 Aprel 2021 | 14:51

Nazirlikdən ağacların kəsilməsinə REAKSİYA

Bakı şəhəri, Ziya Bünyadov prospekti 1 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.
 
Xidmətin rəsmisi Vaqif Cavadov Bakıvatxı.az-a bildirib ki, araşdırma zamanı fakt təsdiqini tapıb, ərazidə çinar, şam və leylandr ağaclarının kəsildiyi müəyyən edilib.
 
O qeyd edib ki, hazırda ağac kəsənlərin tapılması və təbiətə dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
 
Qeyd edək ki, Bakıda gecə saatlarında 60-dan çox yeni əkilən ağaclar məhv edilib.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR