• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Nəfəs darlığı, sinə ağrısı və güclü narahatlıq varsa, demək...

CƏMİYYƏT

21 Iyun 2022 | 01:41 | Müəllif: Qalib İbrahimoğlu

Nəfəs darlığı, sinə ağrısı və güclü narahatlıq varsa, demək...

Miokard infarktı zamanı xəstələrin demək olar ki, yarısı xəstəxanaya çatmadan dünyasını dəyişirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bildriən ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyevin sözlərinə görə, bəzi az bilinən simptomlar var ki, onlar insanda infarktın yaxınlaşmasına işarə edə bilər.

Həkim bildirib ki, yaxınlaşan infarkt nəfəs darlığı, sinə ağrısı və güclü narahatlıq hissi ilə özünü büruzə verir.

Bundan başqa, sinədə hiss edilən və 20 dəqiqədən az davam edən ağrı olur.

Digər simptomlar isə aşağıdakılardı:

- Yandırıcı ağrı sinədən sol qola (bəzən hər iki qola), kürəyə, çiyinə, çənəaltı nahiyəyə, epiqastral (qarının üst hissəsi) nahiyəyə yayılır.

- Tər basma, ürəkdöyünmə, başgicəllənmə, huşun itirilməsi kimi şikayətlər olur.

- Ürəkbulanma, qusma və kəskin halsızlıq şikayəti olur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026