Sergen Yalçın “Neftçi”nin yeni baş məşqçisi olacaq.
Bakıvaxtı.az xəbər verir ki, tərəflər arasında dünən Bakıda baş tutan danışıqlar müsbət yekunlaşıb. “Ağ-qaralar” türkiyəli mütəxəssislə 1+1 illik müqavilə imzalayacaqlar.
Klub öncə hazırkı baş məşqçi Laurentsiu Regekampfla yolları ayırmalıdır. Bu gün məsələnin həllini tapacağı gözlənilir. /Oxu.az
















