• Bakı 25° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Netanyahu Hizbullahı hədələyib

DÜNYA

23 Sentyabr 2024 | 17:27 | Müəllif: Gülşən Şərif

Netanyahu Hizbullahı hədələyib

"İsrail Hizbullaha ağlına belə gətirə bilmədiyi silsilə zərbələr vurdu. Əgər mesajı almadısa, söz verirəm ki, alacaq".

Bakıvaxtı.az "İHA"ya istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

Dünyanın heç bir ölkəsinin və şəhərlərinin raket hücumuna məruz qalmasını qəbul edə bilməyəcəklərini bildirən Netanyahuya görə, Livan sərhədindən təxliyə edilən 60 min israillinin sağ-salamat evlərinə geri göndərilməsi  üçün lazım olan bütün addımlar atılacaq.

"Şimal sakinlərini sağ-salamat evlərinə qaytarmaqda qərarlıyıq", - deyə Netanyahu vurğulayıb.

Qeyd edək ki, İsrailin Livana son şiddətli hücumlarından sonra Hizbullah ötən gün gecə və bu səhər İsrailin şimalındakı Hayfa şəhəri ətrafında intensiv raket hücumları həyata keçirib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026